Moskvada sinaqoqda terror aktına cəhd olub- FTX qarşısını allb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada sinaqoqda terror aktının qarşısını alıblar.

Azpost.info xəbər verir ki, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Silahlı şəxslər Kaluqa vilayətində saxlanılıb.

Məlumata görə, onlar müvafiq məlumatları toplayan şəxslər kimi təhlükəsizlik qüvvələrinin diqqətinə düşüblər. Həmin şəxslər İŞİD və “Vilayəti Xorasan” terror təşkilatlarının tərəfdarlarıdır.

FTX bildirib ki, saxlanılan şəxslər Moskvada yəhudi dini qurumlarından birinə qarşı terror aktı törətməyi planlaşdırırdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.