Suriyanın Moskvadakı səfirliyi binanın üzərinə müxalifətin bayrağını asacaq.
Azpost.info xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən yazıb.
“Yaxın vaxtlarda yeni bayraq qoyulacaq”, – mənbə jurnalistlərə bildirib.
Müxalifətin bayrağı üç üfüqi zolaqdan ibarətdir: yaşıl, ağ, üç qırmızı beşguşəli ulduz və qara. Bu simvoldan 1932-ci ildən 1958-ci ilə qədər Suriya Respublikası və 1961-ci ildən 1963-cü ilə qədər Suriya Ərəb Respublikası tərəfindən istifadə edilib. Suriyanın rəsmi dövlət bayrağında da zolaqlar var, lakin yuxarıda qırmızı, ağda isə iki ulduz.
Azpost.info