“Moskvanı dayandıra biləcək qədər güclü deyilik” –Ukraynanın sabiq XİN başçısı

“Rusiya ilə razılaşdırılmış sülh sazişi olmadan münaqişə Kiyev üçün uzun və çətin bir sınaq olacaq“.

AzPost bildirir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba bildirib.

O, bu açıqlamanı Novyny.LIVE televiziya kanalında verib.

Kulebanın sözlərinə görə, hamı üçün məqbul bir razılaşma əldə edilməsə, münaqişə uzun illər davam edəcək və vəziyyət daha da pisləşəcək.

O, Ukrayna ordusunun vəziyyətini açıq şəkildə etiraf etməyə çağırıb. “Etiraf etməliyik ki, Moskvanı istədiyimiz yerdə dayandıra biləcək qədər güclü deyilik”, – deyə keçmiş nazir əlavə edib.

Noyabrın sonunda ABŞ vəziyyəti həll etmək üçün təşəbbüs layihəsi təqdim edib və Avropa iştirakçıları bir sıra düzəlişlər təklif ediblər. Xarici medianın məlumatına görə, plan ərazilərin statusunu, Ukrayna Silahlı Qüvvələrinin ölçüsünü, xarici silahların yerləşdirilməsinə qoyulan məhdudiyyətləri və digər parametrləri əhatə edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.