Moskvanı heyrətə salan sorğu – Donbas özünü Ukrayna ərazisi sayır

Ukraynanın Donbas bölgəsində yaşayan əhalinin əksər hissəsi Rusiyanın işğal etdiyi və burada yaratdığı oyuncaq “Luqansk” və “Donetsk Xalq Respublika”larını Ukrayna ərazisi kimi qəbul etdiklərini söyləyiblər.

Bu bardə Almaniyanın “Deutsche Welle” saytında məlumat verilib.

Sayt Berlində yerləşən “Şərqi Avropa və beynəlxalq araşdırmalar mərkəzi”nin keçirdiyi sorğunun nəticələrini dərc edib. Buna görə oyuncaq “respublikalar”ın əhalisinin 54,5%-i hələ də bu əraziləri Ukraynanınkı hesab edir. Onlardan yalnız 31%-i Ukraynanın tərkibində muxtariyyat arzulayıb. 23,5%-i isə yenidən Luqansk və Donetsk vilayəti olaraq geri dönməyi istədiklərini ifadə ediblər.

Donetsk və Luqanskı Rusiyanın tərkibində görmək istəyənlərin sayı cəmi 18,3% təşkil edib. 27,3%-i isə Rusiya Federasiyasına muxtar qurum olaraq daxil olmağa üstünlük veriblər.

Donbasın rəsmi Kiyevin nəzarəti altındakı ərazilərində yaşayanlaırn 95%-i vətənləri Ukraynaya sahib çıxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanlı turistlər ən çox Azərbaycan və Türkiyədə pul xərcləyiblər

Sonrakı məqalə

Yaqub Zurufçunun konsertinin biletləri satışa çıxarılıb