Rusiyanın Gürcüstanda partiyalar və ya media vasitəsilə heç bir təsiri yoxdur, ona görə də oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə ciddi təsir göstərə bilməyəcək.
Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində bildirib.
“Rusiyanın Gürcüstanda təsir göstərə biləcəyi heç bir siyasi partiya yoxdur. Media baxımından da təsir yoxdur. Ona görə də Rusiya Gürcüstanda keçiriləcək seçkilərə ciddi təsir göstərə bilməyəcək”, – Baş nazir deyib.
Azpost.info