Moskvaya dronlarla hücum olunub, partlayış səsləri eşidilib

İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtına naməlum pilotsuz uçuş aparatları ilə hücuma olub.

Bu barədə Rusiyanın “Baza” telegram kanalı  məlumat yayıb.

“112” xəbər verir ki, Moskvanın bir çox rayonlarının sakinləri partlayışlar barədə məlumat veriblər.

Şəhərin mərkəzində, Komsomolski prospektində dron qalıqları tapılıb.

“Mash”ın məlumatına görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaxınlığında yerləşən binanın yaxınlığında PUA parçaları aşkar edilib.

Binanın şüşələri sınıb, hadisə yerinə təcili yardım briqadaları gəlib.

“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatlarının zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, – Moskva meri Sergey Sobyani “Telegram” kanalında bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.