Mossad rəhbəri İranla bağlı məsləhətləşmələr üçün ABŞ-a gedib

İsrailin kəşfiyyat xidməti Mossadın rəhbəri David Barnea İrandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq məqsədilə ABŞ-a səfər edib.

Bu barədə “Axios” İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, səfər Vaşinqton və İsrail arasında İranda davam edən etirazlar, eləcə də Tehranın təzyiqlərinə cavab olaraq ABŞ-ın mümkün hərbi addımları ilə bağlı müzakirələr fonunda baş tutub.

Qeyd edilir ki, Barneanın ABŞ rəsmiləri ilə yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa işləyən Ağ Evin nümayəndəsi Stiv Uitkoffla da görüşməsi gözlənilir.

Barneanın səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.