“Motorola” da Rusiyadan getdi

ABŞ-ın “Motorola Solutions” telekommunikasiya şirkəti Rusiya və Belarusda satışı, həmçinin məhsul və xidmətlərin tədarükünü dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. Şirkət ABŞ və digər ölkələrin hökumətləri tərəfindən görülən qanuni tədbirlərə qoşulduğunu bəyan edib.

“Motorola Solutions”ın məhsullarına “Motorola” radiostansiyaları, xüsusən də Moskva hava limanlarında quraşdırılmış rabitə sistemləri üçün proqram təminatı daxildir. Kazinolarda və stadionlarda istifadə olunan “Avigilon” videomüşahidə sistemi də şirkətin məhsullarındandır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir