Motosikletçini maşın vurub ÖLDÜRDÜ- 72 yaşı olub

motosikletçini
motosikletçini

Kürdəmirdə 72 yaşlı motosikletçini avtomobil vuraraq öldürüb. Hadisə Kürdəmir şəhərinin Bakı prospektində qeydə alınıb.

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən, sürücü Ramin Bayramovun idarə etdiyi “Changan” markalı avtomobilə eyni istiqmətdə motosikletlə hərəkət edən Tahir Əkbərov çırpılıb.

Nəticədə motosikletin sürücüsü, Şamaxı rayon sakini 1953-cü il təvəllüdlü Tahir Seyyid oğlu Əkbərov elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.