Joze Mourinyo “Fənərbağça” klubunun rəhbərliyi ilə görüşərək ayrılmaq istədiyini bildirib.
“Fanatik” nəşri xəbər verir ki, təcrübəli çalışdırıcı klub rəhbərliyi ilə görüşərək ayrılmasının səbəbini mətbuat konfransı keçirəcəkləri təqdirdə açıqlayacağını bildirib.
“Fənərbağça” klubunun rəsmiləri Joze Mourinyonun təzminatını ödəmək istəmədikləri üçün baş məşqçidən anlayış göstərməsini tələb ediblər.
Qeyd edək ki, Joze Mourinyonun “Fənərbağça” ilə müqavilə müddəti 2026-cı ildə başa çatacaq.