MSK sabiq nazir Yavər Camalovun oğlunun deputatlığa namizədliyini ləğv etdi –Fərəc Quliyevlə bağlı şikayətə baxır

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 46 saylı Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

MSK-nın qərarına əsasən, DSK məsələyə yenidən baxacaq. Bu qərar R. Camalovun ikili vətəndaşlığına dair iddialarla əlaqədar qəbul edilib.

MSK hazırda 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxır.

Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklif etməsi əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət etdi:

Sonrakı məqalə

“Böyük Qafqazın cənub yamacında sel ocaqlarının sahəsi 15 faizə qədər artıb”