MSK “Gürcü Arzusu” partiyasını seçkidə qalib gəldiyini elan edir

Parlament seçkilərində “Gürcü arzusu” səslərin 52,98 faizini toplayıb. 

Azpost.info bildirir ki, bu barədə Gürcüstan MSK-nın rəsmi saytından verilən məlumata bəyan olunub.

Seçki bülletenlərinin 69.94% emal olunub. Bu nəticələrə görə, hakim partiya 52,98% səs toplayır.

Hakim partiya bildirib ki, Gürcüstan parlamentində 150 ​​mandatdan təxminən 90-a yaxın mandat qazanıb.

Gürcüstan MSK-nın məlumatına görə, parlament seçkilərində seçici fəallığı  58,94% təşkil edib.

 

5 partiya 5 faizlik seçki bariyerini keçib.

“Dəyişiklik üçün Koalisiya” 11,197%, əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” 9,797%, “Güclü Gürcüstan” 9,056%, “Qaxariya Gürcüstan üçün” 8,264% səs toplayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.