MSK-nın iclası başlayıb, Ramil Həsənin deputat səlahiyyətinə xitam veriləcək

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

APA-nın xəbərinə görə, iclasda Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi və cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Ramil Həsən vəzifəsinin icrasına bu gün başlayıb.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.