MSK sədri Seçki Komissiyalarının sədrlərinə xəbərdarlıq etdi:"Qüsurları olanlar cəzalandırılacaq"

“Növbəti seçkilərdə fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının, məntəqə seçki komissiyalarının sədrləri, üzvləri olmayacaqlar”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar: “Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq. Onların hər biri ilə bağlı müvafiq qərar qəbul ediləcək”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir