MTRŞ-nin Aparat rəhbəri vəzifəsindən azad olundu- Yerinə təyinat oldu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb.

Qeyd edək ki, A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib. Aprelin 6-da MTRŞ-nin keçirilən iclasında Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, bu barədə ilk xəbəri unikal.org yayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir