“Müəllim 700 manat maaşa direktor olmaq istəmirdi” –TƏHSİL NAZİRİ

“Bizim üçün sertifikasiyanın çox önəmli tərəfi yaşlı müəllimləri sistemdə saxlamaqla bağlıdır”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, müəllim var ki, yaşı 65-dən yuxarıdır və 51 bal yığıb: “Biz onu sistemdə saxlamağın tərəfdarıyıq. Direktorları da imtahan edirik, çünki direktor fənni bilmirsə, o məktəbə necə rəhbərlik edəcək?! Builki direktor əməkhaqqılarına əlavələr kifayət qədər böyük məbləğdir. 700 manat maaşa bir o qədər də bacarıqlı müəllim gəlib direktor olmaq istəmirdi. Ona görə də bu əlavələrlə əməkhaqqını artırdıq və bacarıqlı müəllimlər direktor olmaq istəyirlər. Bu dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Əvvəlki məqalə

Azərbaycanlı çempion Vüqar Baxşıyev Almaniyada öldürüldü –

Sonrakı məqalə

İran BMT-nin qadın hüquqları komissiyasından çıxarıldı