Hindistanda bir müəllim 12 yaşlı altıncı sinif şagirdini on dəqiqə gecikdiyi üçün cəzalandırıb və ona 100 dəfə çömbəlmə hərəkəti etdirib. AzPost xıbır verir ki, NDTV telekanalının məlumatına görə, hadisə ölkədə Uşaqları Qoruma Günü qeyd olunarkən, 14 noyabr tarixində baş verib.
Məktəbli cəzadan sonra güclü bel ağrıları ilə üzləşib və vəziyyəti sürətlə pisləşib. Şagird dərhal Mumbay xəstəxanasına çatdırılıb.
Həkimlər qızın həyatını xilas etməyə çalışsalar da, bütün səylərə baxmayaraq onu xilas edə bilməyiblər. Tibbi müayinələr nəticəsində şagirdin xəstəxanaya çatdırıldıqdan sonra vəfat etdiyi təsdiqlənib.
Hadisə ölkədə geniş rezonans doğurub və müəllimlərin sərt cəza üsullarının təhlükəsi barədə ictimai müzakirələrə səbəb olub.