Mübariz Mənsimovun üzərindən ev dustaqlığı götürülüb

29 İyun 2021 - 16:58

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun üzərindən ev həbsi götürülüb.

Azpost.info bildirir ki, bu barədə “Palmali” şirkətinin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

Mübariz Mənsimov İstanbuldan cıxmamaq şərti ilə ev həbsidən azad edilib.

Məhkəmənin qərarı ilə Mübariz Məhsimov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, bu ilin mart ayında məhkəmə Mübariz Mənsimova 5 il şərti cəza verilib. Ona bu müddətdə Türkiyədən çıxış qadağası qoyulub. İş adamını ev dustaqlığı şərti ilə həbsdən azad edib.