Mübariz Qurbanlının prokuror qardaşı işdən çıxarılıb

“Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil”.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib”, – Mətbuat xidmətinin cavabında qeyd edilib.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Ötən ilin mart ayında vəzifəsindən azad olunan T.Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunmuşdu.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Tariyel Qurbanov Dini Komitənin sədri Mübariz Qurbanlının qardaşıdır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.