Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə aydınlıq gətirib

13 Oktyabr 2021 - 17:01

Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatıb və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

“Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – deyə MN-dən bildirilib