Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi

- Mədət Quliyevdən yeni təyinat
15 Yanvar 2020 - 16:32

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Gəncə Maşınqayırma Zavodu” MMC-nin baş direktoru dəyişib.

Məlumata görə, nazir Mədət Quliyevin əımri ilə müəssisəyə rəhbərlik edən Vəzir Əsgərov vəzifəsindən azad edilib.

Onu Rasim Hüseynov əvəz edib(report).