Müdafiə naziri Qarabağla bağlı müşavirə keçirdi –Təhdidlərə qarşı qabaqlayıcı tədbirlər barədə tapşırıq verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Nazirlikdən verilən xəbərə görə, müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib.

General-polkovnik Zakir Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.

Əvvəlki məqalə

Gürcüstan prezidenti Zelenskiyə təşəkkür etdi

Sonrakı məqalə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zəlzələdən zərərçəkənlərə dəstək oldu