Müdafiə nazirinin müavini ABŞ HHQ-nin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braunla görüşüb.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi “Twitter” hesabında məlumat verib.

“İkitərəfli müdafiə əlaqələrimiz, regional sülh və sabitliyin qorunması ilə bağlı məhsuldar müzakirələr apardıq”, – o bildirib.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.