Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin sabiq rəisi, general Vasyak vəfat edib

Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən sonra vəfat edib.
Azpost.info bildirir ki, bu barədə Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib.
A.Vasyak 26 noyabr 1954-cü ildə Belorusiyada anadan olub.  General A. Vasyak Qarabağ savaşının ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında çox aktiv iştirak edib.
1994-cü ildə mərhum prezident Heydər Əliyev tərəfindən general hərbi rütbəsi verilib.
Daha sonra general A. Vasyak Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsil vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Vasyak Ukraynada yaşayıb. Hazırkı müdafiə naziri general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.
Bir müdddət bundan öncə isə Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə ailə üzvlərinin yanına gedib. Bu gün isə o ağır xəstəlikdən dünyasını dəyişib. General A. Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib.
Məlumata görə sabah general A. Vasyakın nəşi Bakıya gətiriləcək və o Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.
Müdafiə Nazirliyinin rəsmilərindən biri olan general E. Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb və yaxın saatlarda mərhum general A. Vasyakla bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi