Müdafiə Sənayesi Nazirliyinin sabiq xidmət rəisi Akif Qorçubəyli vəfat edib

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Təhlükəsizlik və Mühafizə Xidmətinin sabiq rəisi Akif Qorçubəyli (Alışanov) dünyasını dəyişib. 

MSN-in İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakov APA-ya xəbəri təsdiqləyib.

Qeyd edək ki, A.Qorçubəyli AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır.

Akif Qorçubəyli bir neçə il əvvəl familiyasını dəyişdirib.  O, əvvəllər DİN-in Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arda Turan “Qalatasaray”a qayıtmağa razılıq verib

Sonrakı məqalə

Əhaliyə 10 manatlıq əlavə qaz limiti ayrılması barədə məlumat yalandır –