““Müdafiə naziri”ni Ermənistan təyin edirdi” –General Manukyan Bakıda məhkəmədə

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanın vaxtilə işğal altındakı ərazilərindəki qondarma qurumun “müdafiə naziri”ni Ermənistan Respublikası təyin edirmiş.

AZƏRTAC xəbər verir ki, o, qondarma rejimin “prezidenti”nin “müdafiə naziri” təyin etmək səlahiyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs daha sonra bildirib: “Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq “müdafiə naziri”ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi”.

O, qondarma rejimin “ordusu”nda xidmət edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.