Müdafiə Sənayesi Nazirliyi avtomobil almaq üçün 298 min manat xərcləyəcək. Pravda.az-ın xəbərinə görə, nazirlik bu məqsədlə “Toyota Bakı Mərkəzi” MMC (78 min manat) və “İmprotex Motors” MMM (220 min manat) ilə müqavilə bağlayıb.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Motors” MMC BMW, MINI və Rolls-Royce, “Toyota Bakı Mərkəzi” isə “Toyota” markalı avtomobillərin Azərbaycandakı rəsmi distribütorudur.
Əlavə olaraq oxu:
“Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması ilə əlaqədar açıq tender elan edib.
Teleqraf xəbər verir ki, bəhsi keçən tenderin ehtimal olunan qiyməti 526 min 675 manatdır.
Tenderdə iştirak haqqı isə 450 manatdır.
Qeyd edək ki, müsabiqə martın 18-ə qədər davam edəcək.