Müddəti bitmiş şəxsiyyət vəsiqələri barədə yenilik

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib.

Yeniliyə əsasən, işəgötürənlər artıq işçilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddətinin başa çatması ilə bağlı məlumatları elektron qaydada əldə edə biləcəklər.

Belə ki, işəgötürənlər sistemin “Statistik məlumatlar” bölməsinə daxil olaraq şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və ya bitmək üzrə olan işçilər barədə məlumatlarla tanış ola bilərlər.

Bu yenilik işəgötürənlərin məlumatlılığının artırılmasına, əmək münasibətlərinin düzgün sənədləşdirilməsinə və mümkün hüquqi risklərin qarşısının vaxtında alınmasına xidmət edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.