Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub.
Onun barəsində yerindəcə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunaraq cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, müğənninin icazəsi olmadan karantin postundan keçmək istədiyi və polis əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yayılıb.