Britaniyanın müxalif Mühafizəkarlar Partiyasının yüksək səviyyəli üzvləri, Torilərin reytinqinin az olması fonunda keçmiş baş nazir Boris Consonu siyasətə qayıtmağa çağırırlar.
Bu barədə “The Sun” qəzeti partiya rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Boris Consonun köhnə mühafizəçilərindən bəziləri ona məktub yazır və onun geri qaytarılması ilə bağlı danışıqlar aparır”, – mənbə bildirib.
Başqa bir yüksək səviyyəli partiya rəsmisi, Consonun siyasətə mümkün qayıdışı ilə bağlı Tory qərargahında iş aparıldığını söyləyib.
Qəzetin yazdığına görə, bu cür söhbətlər partiyanın aşağı reytinqi fonunda güclənib.
Mayın 20-də “YouGov” sosioloji şirkətinin sorğusu dərc olunub. Sorğunun nəticəsində görə, Mühafizəkarlar Partiyası populyarlıq baxımından dördüncü yerə düşüb: respondentlərin yalnız 16%-i mühafizəkarlara səs verməyə hazır olduğunu söyləyib. Naycel Farajın rəhbərlik etdiyi sağçı populist Böyük Britaniyanın Reform Partiyası (29%) seçicilərin ən böyük dəstəyinə malikdir. Ondan sonra hakim İşçi Partiyası (22%) və Liberal Demokratlar (17%) üçüncü yerdədir.