“Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanılması nəzərdə tutulur”.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.
O bildirib ki, bu, növbəyə duracaq şəxslərin sayına əsasən veriləcək: “Bu il də maksimum çalışılacaq ki, həmin şəxslərə avtomobil təqdim olunsun. Bu proses yekunlaşmaq üzrədir. Ötən illərdən növbədə qalan şəxslərin əksəriyyətinə avtomobil verilib və say azalmağa doğru gedir”. (APA)