Müharibə başlayandan Rusiyanın 92 təyyarəsi məhv edilib

Rusiyanın Tokmak bölgəsindəki hava hücumundan müdafiə qüvvələri öz Su-35S qırıcısını vurub.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir.

Hadisə sentyabrın 28-də cəbhə xəttinin təxminən 20 km arxasında baş verib.

Sənədləşdirilmiş itkiləri hesablayan “Oryx” saytına görə, Rusiya artıq beş Su-35S də daxil olmaqla 92 təyyarəsini itirib.

Britaniya kəşfiyyatı həmçinin qeyd edir ki, vurulan təyyarə xidmətdə olan ən müasir rus qırıcısı idi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.