Müharibədən və səfərbərlikdən Gürcüstana qaçan ruslar ölkəni tərk edir

Müharibədən və səfərbərlikdən Gürcüstana qaçan ruslar ölkəni tərk etməyə başlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, 2023-cü ilin sonunda 1 milyon 856 min 237 Rusiya vətəndaşı ölkəyə daxil olub, 1 milyon 887 min 223 nəfəri isə ölkədən gedib.

Daxil olanlarla gedənlər arasındakı fərq ölkədən çıxanların xeyrinə 30 986 nəfər rus olub. Bu, 2022-ci ildə Gürcüstanda daimi yaşamaq üçün köçənlərdir.

“Ümumilikdə, Ukraynadakı müharibənin birinci ilində Gürcüstana  700 min rus köçüb, lakin 2023-cü ilin noyabrına qədər onlardan 100 mini ölkədə yaşayıb”, – Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.