Ronaldo Ərəbistana gəldi, azarkeşlərə təqdim olundu –"Avropada mənim işim bitib"

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Əl Nəsr”in stadionunda keçirilən təqdimat mərasimi ilə klubun azarkeşləri və Səudiyyə Ərəbistanı idman ictimaiyyətinə təqdim edilib. 37 yaşlı oyunçu tədbirə ailəsilə qatılıb.

Mərasim öz təntənəliliyi ilə seçilib və komandanın “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.

Kriş ərəb azarkeşlərin gurultulu alqış sədaları altında meydançaya daxil olub. Bundan bir qədər öncəki açıqlamasında isə o, Avropada artıq işinin bitdiyini dilə gətirib.

Qeyd edək ki, portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu təntənəli mərasimlə “Əl Nəsr” klubu tərəfindən ictimaiyyətə təqdim oluub.

Tədbirdə çıxış edən ulduz futbolçu Səudiyyə Ərəbistanı klubuna keçidini şərh edib.

“Futbolda və həyatımda bu vacib qərarı verdiyim üçün fəxr edirəm. Avropada mənim işim bitib. Hər şeyi qazanmışam, Avropanın ən böyük klublarında oynamışam. İndi isə Asiyada yeni bir çağırışım var. Sevinirəm ki, “Əl-Nəsr” mənə bu fürsəti verib. Bu təkcə ənənəvi futbolun inkişafı üçün deyil, həm yeni nəsil naminə, həm də qadın futbolunun dirçəli üçün vacibdir. Bu, mənim üçün yeni çağırışdır, amma eyni zamanda da xoşbəxtəm və çox qürur duyuram”, – hücumçu klub oyunçusu kimi təqdimat mərasimində deyib.

Qeyd edək ki, portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. (Sports.ru)

Əvvəlki məqalə

33 yaşında yarım milyon dollar oğurlamış şəxs 27 il sonra həbs edildi

Sonrakı məqalə

Müharibə Ukraynaya 700 milyard dollar ziyan vurub