Müharibə veteranlarının təqaüdü 165 manata qaldırılacaq? –Nazirlikdən AÇIQLAMA

Yaşa görə müavinətin artırılmasından sonra müharibə veteranalarına verilən təqaüdün də artırılması gündəmə gəlib.

Bildirilir ki, artıq bununla bağlı müvafiq qurumlarda müzakirələr başlayıb. Hazırda müharibə veteranları 80 manat təqaüd alır. Məlumata görə, bu məbləğ artırılaraq165 manat olacaq.

Azpost.info məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı nə təsdiq, nə də təkzib edib. “Məndə bu barədə məlumat yoxdur” deyə o bildirib.

Abbas

Əvvəlki məqalə

“Hökumətin diqqəti hərbi əməliyyatda iştirak edənlər üçün əsas motivasiyadır”

Sonrakı məqalə

“Cəza yolunu tutmaq olmaz”