Müharibədə itkin düşmüş daha bir hərbi qulluqçunun nəşi tapılıb –Hərbi Prokurorluq

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti  müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub. İtkin düşmüş leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi ailəsinə verilib.

Azpost.info bildirir ki, bu barədə Hərbi prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məluamtda deyilir ki, itkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məktəbdə yekun qiymətləndirmə distant yoxsa əyani olacaq? –

Sonrakı məqalə

Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib