“Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası çərçivəsində Tərtər, Bərdə, Ağdam və Gəncədə olarkən müharibədən zərər çəkmiş əhali arasında psixoloji durumun gərgin olduğunu müşahidə etdik. Həmin ərazilərdəki əhaliyə müəyyən psixoloji yardım və dəstək lazımdır”.
Bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin nümayəndəsi Nurəddin Abdullayev deyib.
O bildirib ki, hesabat hazırlanandan sonra bununla bağlı müəyyən addımlar atılacaq.