“Müharibə bitsin, NATO ilə münasibətə yenidən baxacağıq” –ABŞ dövlət katibi

Dövlət katibi Rubio ABŞ-ın NATO-da iştirakını “xeyirsiz razılaşma” adlandırıb.

Azpost.info bildirir ki, dövlət katibi  İrandakı müharibəsini bitirdikdən sonra Vaşinqtonun Alyansla münasibətlərini mütləq yenidən qiymətləndirəcəyini deyib.

“Prezident və ölkəmiz bu əməliyyat başa çatdıqdan sonra bütün bunları yenidən qiymətləndirmək məcburiyyətində qalacaq. Əgər NATO sadəcə hücum halında Avropanı müdafiə etməyimizlə bağlıdırsa və lazım olduqda bizə qoşun yerləşdirmək hüququnu vermirsə, bu, çox da yaxşı bir razılaşma deyil. Bu cür şəraitdə Alyansın üzvü qalmaq çətindir”, – deyə Rubio vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.