“Müharibənin başlanmasında Bayden, Putin və Zelenski günahkardır” –TRAMP

“Tezliklə Ukrayna müharibəsinin dinc yolla tənzimlənməsi ilə bağlı yaxşı təkliflər olacaq”.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp Ağ Evdə jurnalistlərə bildirib.

O, müharibənin başlanmasında ABŞ, Rusiya və Ukrayna prezidentlərini günahlandırıb: “Bayden, Zelenski Ukraynada müharibəni dayandıra bilərdi. Putin isə buna başlamamalı idi. Hamı günahkardır”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, Zelenski elə hey raket almaq istəyir , lakin “qalib gələ bilməyəcəyin müharibəyə başlaya bilməzsən”.

“Müharibəyə başlayanda bilməlisən ki, onu uda bilərsən, elə deyilmi? Səndən 20 dəfə böyük birinə qarşı müharibəyə başlaya və insanların sənə raket verməsini gözləyə bilməzsən”, – deyə Tramp vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.