“Müharibəsiz Qarabağ”-Rusiyanın RBK kanalının azad edilmiş rayonlardan reportajı (VİDEO)

Rusiyanın tanınmış RBK kanalı “Xüsusi reportaj” layihəsi çərçivəsində Qarabağla bağlı reportaj hazırlayıb. 

Azpost.info bildirir ki, reportajda 44 günlük müharibədən sonra Qarabağdakı vəziyyət təhlil olunur, bölgənin perspektivləri müzakirə olunur. Laçında, Füzulidə, Ağdamda çəkilişlər edən jurnalist burada aparılan tikinti-quruculuq işlərindən danışır, Laçında alban -udi məbədinə gedir. Reportyor prezident İlham Əliyevin martın əvvəlində keçirdiyi mətbuat konfransında da iştirak edib.
Onun dövlət başçısına verdiyi “2025-də Rusiya sülhməramlılarının mandatı başa çatır. Bundan sonra ermənilərin vəziyyəti necə olacaq?”- sualına cavab olaraq İlham Əliyev deyib ki, onlar tamamilə Azərbaycan cəmiyyətinə inteqrasiya olacaqlar. “Heç bir Artsax yoxdur, olmayacaq…Oradakılar Azərbaycan vətəndaşlarıdır”-deyə prezident RBK-ya cavabında vurğulayıb.
Azpost.info reportajı təqdim edir:

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir