Münaqişənin dondurulmasını nəzərdə tutarsa, Avropa İttifaqı Afrika liderlərinin Ukrayna üzrə “sülh planı”nı dəstəkləməyəcək.
Azpost.info xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.
“Sülhə gətirib çıxara biləcək bütün konstruktiv təşəbbüsləri alqışlayırıq. Biz ukraynalıların hüquqlarını, onların suverenliyini və ərazilərini bərpa edəcək sülh istəyirik. Əgər kimsə Rusiyanı Ukraynanı tərk etməyə razı sala bilsə, biz bunu mütləq dəstəkləyəcəyik. Əgər biz atəşkəsdən, mövcud mövqeləri düzəltməkdən danışırıqsa, bu, sülh deyil. Bu, bizim mövqeyimizdir”, – Peter Sano qeyd edib.
“Reuters” agentliyi sülh planı sənədinin layihəsinə istinadən yazıb ki, Afrika ölkələri Rusiya və Ukraynaya atəşkəs rejiminin tətbiqini təklif edə bilər.
Azpost.info