“Münaqişə kritik nöqtədədir, ABŞ Kiyevə mümkün köməyi etməlidir”- BAYDEN

“Ukraynadakı münaqişə kritik nöqtədədir, ABŞ ukraynalılara kömək etmək üçün mümkün olan hər şeyi etməlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden jurnalistlərə müsahibəsində bildirib.
Bayden Almaniya kansleri Olaf Şoltsla son söhbətini şərh edərkən “Ukraynaya dəstəyi artırmağa hazırlaşırıq” deyə qeyd edib.

ABŞ prezidenti Şoltsla yanvarın 5-də axşam danışıb. Onlar ABŞ-ın “Bradley” piyada döyüş maşınlarını və Almaniyanın “Marder” piyada döyüş maşınlarını Ukraynaya göndərməyə razılaşıblar. Hər iki ölkə Ukrayna hərbçilərinə yeni silahlar və texnika ilə işləmək üçün təlim keçmək barədə razılığa gəliblər.

Azpost.info

Əvvəlki məqalə

Dövlət agentliyi hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Sonrakı məqalə

“Topxana meşəsinin bərpasına başlanılıb”