Dövlət agentliyi hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib- Texnikalar hazır vəziyyətə gətirilib

Ölkə ərazisində yanvarın 7-si axşamdan ayın 12-dək havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik.

Əvvəlki məqalə

“Atamın vəfat etdiyini sübut edə bilmirəm…” –

Sonrakı məqalə

“Münaqişə kritik nöqtədədir, ABŞ Kiyevə mümkün köməyi etməlidir”