“Münaqişə indi başa çatsa belə, ərzaq problemi 2027-dək davam edəcək”- Britaniya XİN

G20 xarici işlər nazirlərinin sabah Hindistanda keçiriləcək görüşü zamanı Britaniya xarici işlər naziri Ceyms Kleverlinin Rusiya ilə bağlı tənqidi çıxışı olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir həmkarlarını Rusiyanın Ukraynada yaratdığı problemləri həll etməyə çağıracaq.

“Cümə axşamı xarici işlər naziri G20 XİN rəhbərlərinin görüşündə iştirak edəcək. O, Rusiyanın Ukraynaya təcavüzünün qlobal nəticələrini yumşaltmaq üçün tərəfdaşlarla birlikdə işləməyə çağıracaq”, – məlumatda deyilir.

Nazirlik onu da qeyd edir ki, Ukraynada münaqişə indi başa çatsa belə, ərzaq təhlükəsizliyinin ağırlaşan nəticələri 2027-ci ilə qədər davam edəcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.