Münxen görüşündə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub

Xəbər verdiyimiz kimi, bu gün Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts arasında ikitərəfli görüş keçirilib.

APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, ikitərəfli görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Bundan başqa, qeyd olunub ki, normallaşma prosesi iki tərəf – Azərbaycanla Ermənistan arasında aparılır.

O da bildirilib ki, Almaniya öz xoşməramlı səylərini hər zaman göstərməyə hazırdır və öz platformasını təklif edir.

Görüşdə o da qeyd edilib ki, Almaniya COP29-la bağlı Azərbaycanda bu tədbirin keçirilməsi üçün çox yaxşı imkanların olduğunu düşünür.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin qarşıya qoyduğu yeni hədəflər Türk dünyasına böyük gələcək vəd edir

Sonrakı məqalə

Münxendə İlham Əliyev Zelenski ilə görüşdü