“Musanın yerini deyənə 5 milyon dollar mükafat veriləcək” –ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Konqo Demokratik Respublikasında İŞİD terror təşkilatının lideri, Uqanda vətəndaşı Musa Balukunun harada olduğu barədə məlumat verənə 5 milyon dollar mükafat elan edib.

Azpost.info xarici KİV-lərə istinadla xəbər verir ki, Vaşinqtonun bildirdiyinə görə, Baluku terror aktlarında, adam oğurluğunda, zorlamalarda və mülki şəxslərin, o cümlədən uşaqların öldürülməsində iştirak edir. Həmçinin onun rəhbərliyi altında azyaşlılar zorla terror təşkilatına cəlb edilir.

Baluku “Mərkəzi Afrika vilayətinin” rəhbəri olmamışdan əvvəl qrupun şəriət hakimi idi. Bəzi məlumatlara görə, cihadçı əvvəllər İŞİD-in Mozambikdəki hücrəsində aparıcı vəzifələrdən birini tutub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.