Müsavat Partiyasının binasından oğurluq edən şəxs saxlanılıb

22 Avqust 2020 - 11:57

Binəqədi Rayon 5-ci Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müsavat Partiyasının inzibati binasından 2 ədəd kondisioneri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Babayev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.