Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi –YENİLƏNİB

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, toyun  görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onların barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.

Sayt əlavə məlumat veriləcəyini bildirib.

**

Proses bir neçə dəqiqə sonra Abşeron Rayon Məhkəməsində başlayacaq.

***

Onlar Cinayət Məcəlləsinin 211-ci maddəsi ilə ittiham olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramiz Mehdiyevin nəvəsinin toy məsələsi araşdırılır –

Sonrakı məqalə

Müsavat Partiyasının binasından oğurluq edən şəxs saxlanılıb