Müsbət düşüncə peyvəndin effektivliyini artıra bilər

Alimlərin apardığı yeni araşdırma müsbət düşüncənin peyvəndlərin immun sisteminə təsirini gücləndirə biləcəyini ortaya qoyub.

“The Guardian” xəbər verir ki, tədqiqatın nəticələrinə görə, beynin mükafat sistemini aktivləşdirən müsbət düşüncə strategiyalarından istifadə edən şəxslərdə peyvənddən sonra daha çox anticisim istehsal olunub. Araşdırma göstərir ki, xoş və pozitiv təcrübələri təsəvvür edən insanların immun sistemi peyvəndə daha güclü reaksiya verib. Bu isə gələcəkdə psixoloji yanaşmaların immunitetin gücləndirilməsində klinik potensiala malik ola biləcəyinə işarə edir.

Tədqiqat çərçivəsində könüllülər beynin müəyyən sahələrində aktivliyi artırmaq üçün müxtəlif zehni strategiyaları sınaqdan keçiriblər. İştirakçılar real vaxt rejimində verilən göstəricilər vasitəsilə beyin aktivliyinin nə dərəcədə artdığını izləyə biliblər. Dörd beyin məşqi sessiyasından sonra könüllülərə hepatit B peyvəndi vurulub. Daha sonra iki və dörd həftə sonra götürülən qan nümunələrində hepatitə qarşı anticisimlərin səviyyəsi ölçülüb. Nəticələr müsbət düşüncə ilə beynin mükafat sistemini aktivləşdirə bilən şəxslərdə anticisim səviyyəsinin daha yüksək olduğunu göstərib.

Alimlər vurğulayırlar ki, bu nəticələr müsbət düşüncənin xəstəlikləri tamamilə aradan qaldıra biləcəyi anlamına gəlmir. Lakin psixoloji strategiyaların immun sisteminə dəstək verə, infeksiyalarla mübarizədə və hətta şiş hüceyrələrinin qarşısının alınmasında köməkçi rol oynaya biləcəyini göstərir. /Azərtac/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.