Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Müştəri 43 gündür ABB-dən cavab gözləyir

Orkhan Ali 29 İyul 2025 - 18:24 (Last updated: 29 İyul 2025 - 17:53)
ABB

ABB

Vətəndaş 15 iyun 2025-ci il tarixində ABB bank kartından Kapital Bank kartına 500 manatlıq köçürmə etdiyini, lakin üzərindən 43 gün keçməsinə baxmayaraq pulun nə təyinat yerinə çatdığını, nə də geri qaytarıldığını bildirir.

AzPost xəbər verir ki, zərərçəkmiş şəxs dəfələrlə ABB-nin müştəri xidmətlərinə müraciət etməsinə baxmayaraq, problemin həll olunmadığını və hər dəfə ümumi, qeyri-müəyyən cavablarla geri qaytarıldığını deyir:
“Hər dəfə deyirlər ‘qayıdacaq’, amma nə pul qayıdır, nə də aydın cavab verilir. 43 gündür mənim 500 manatım banklar arasında itib, cavab verən yoxdur.”

Vətəndaş bu vəziyyəti “Məni yolla verirlər, nəticə yoxdur” sözləri ilə ifadə edir və artıq hüquqlarını müdafiə etmək üçün digər orqanlara müraciət etməyi düşündüyünü qeyd edir.

ABB Bank isə sosial şəbəkələrdə yayımlanan bu tip şikayətlərə cavab olaraq müştərilərdən FİN kodu, əlaqə nömrəsi və problemin təsvirini şəxsi mesaj vasitəsilə göndərməyi istəyir. Bank, məsələni qısa müddətdə həll etməyə çalışacağını da əlavə edir.

Qeyd edək ki, elektron pul köçürmələrinin uzun müddət tamamlanmaması və bu barədə müştəriyə aydın və rəsmi izahat verilməməsi bankın məsuliyyətini doğurur və Azərbaycan Mərkəzi Bankı və ya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətə götürülə bilər.

AzPost.az

Post navigation

Previous: Kontakt Home-dan divan seçdi, evə fərqli model gətirdilər
Next: Qaraciyər xərçənginin qarşısı alına bilər

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11
Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması Ermənistanın əsas vəzifələrindən biridir. “Armtimes“ xəbər verir ki, bunu Ermənistanın...
Read more about Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN
Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək gurcustan-bayraq
  • Siyasət

Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək

User 22 Oktyabr 2026 - 12:09
FIFA: Azərbaycan dünya çempionatına hazırdır fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq bvf
  • Siyasət

BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

User 22 Oktyabr 2026 - 10:55
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.